Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6668

Digər sorğular

Tanıdığınız tanışlar: Fəxri ad ala bilməyən məşhur aktyoru bu şəkildən də görün - FOTO

19:36  |    03 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Modern.az saytında “Tanıdığınız tanışlar” rubrikasına davam edirik...

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli yazının əvvəlində təqdim olunur.

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır.

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan yəqin ki tanıya bilmədiniz...

Bu şəkildəki şəxs hamının aktyor, parodiya ustası, dublyajçı və ən nəhayət “Ovçu Pirim” kimi tanıdığı Allahverdi Yolçuyevdir.

O Allahverdi Yolçuyev ki, 40 ildir səhnədə olmasına baxmayaraq, hazırda nə hansısa fəxri adı var, nə də dayanıqlı iş yeri...

Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan” Pəmbək bölgəsinin Cəlaloğlu kəndində dünyaya gəlib. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq atisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova olub.

1978-1979-cu ildə Leninqradda keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət İnistitunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib.
Allahverdi Yolçuyev bir çox film və tamaşalarda rol alıb. Xüsusi ilə dublyaj sahəsində tanınıb. Onun ən yaddaqalan rol səsləndirməsi məşhur fransız aktyoru Lui de Fünesin yaratdığı obrazlar olub.
Özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib.
Sumqayıt Dövlət Dram teatrında işləyib. 20 ilə yaxın AzTV-də uşaqlar üçün verlişin aparıcısı olan A.Yolçuyev hamının yadında özünün yox, yaratdığı obrazın adı ilə - “Ovçu Pirim” kimi qalıb. Onun sonuncu iş yeri Musiqili Komediya Teatrı olub. Bu gün isə aktyor telekanallarda müxtəlif filmləri dublyaj etməklə, el şənliklərində tamadalıq etməklə pul qazanmağa çalışır.

Ailəlidir 4 qız övladı, nəvələri var... Aktyor Parkinson xəstəliyindən əziyyət çəkir...

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Onunla nəfəs alıram, bir gün görməyəndə darıxıram” - 76 yaşlı Xalq artisti
21.01.2020
Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL
18.01.2020
Rasim Balayev və Fəxrəddin Manafov bu filmə çəkilir
17.01.2020
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
17.01.2020
Rasim Balayevə “Nəsimi” medalı verildi