Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

NATO-nun baş katibi: “Alyansa üzv heç bir ölkə Türkiyə qədər terrora məruz qalmayıb”

14:31  |    03 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


NATO-nun baş katibi Yens Stoltenberq Qərb mediasında Türkiyəni müdafiə edən açıqlamalarına davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hərbi alyansın rəhbəri Almaniya mətbuatına verdiyi müsahibədə son zamanlarda Suriyanın şimalında terror şiddətinin azaldığını və bunun siyasi həll yolları üçün ümidləri gücləndirdiyini söyləyib.

“Burada Türkiyənin olduqca vacib müttəfiq olduğunu qəbul etmək lazımdır. İŞİD-ə qarşı mübarizədə və “xilafət”in çökdürülməsində rəsmi Ankara əsl əzmkarlıq nümayiş etdirdi. Heç bir müttəfiqimiz Türkiyə qədər Suriya qaçqınlarına sığınacaq hüququ verməyib. Türkiyə tam 3,6 milyon suriyalının pənah apardığı bir ölkə olub. Və heç bir alyans üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”, - deyə Yens Stoltenberq söyləyib.

NATO-nun baş katibi Almaniyanın müdafiə naziri Anneqret Karrenbauerin Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı təklifinə də münasibət bildirib. Y. Stoltenberq həmin təklifi razılıqla qarşıladıqlarını, lakin bu mövzuda bütün dünya dövlətlərinin məsuliyyət daşımalı olduğunu qeyd edib.

Onun sözlərinə görə, Suriyaya ordu yeritmək heç də asan qərar sayılmır və bunun həyata keçirilməsi üçün uyğun zaman yetişməyib.

Norveç əsilli siyasətçi, NATO-nun bu quruma üzv dövlətlərin öz düşüncələrini açıq və ciddi şəkildə paylaşdığı bir forum olduğunu sözlərinə əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Nurməhəmmədovun atası ikinci dəfə evlənir: "Üçüncünü hələ bilmirəm"
18.11.2019
Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib
18.11.2019
İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”
18.11.2019
Tbilisidə etiraz aksiyası dağıdılıb, xəsarət alanlar var - YENİLƏNİR
18.11.2019
Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ