Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

Böyük güclərin “erməni kartı”... - "Habertürk"

20:32  |    02 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qərəzli qətnamə qəbul etməsi Türkiyə ictimaiyyətinin sonsuz hiddətinə səbəb olub.

Axar.az xəbər verir ki, Türkiyənin aparıcı KİV-ləri mövzu ilə bağlı davamlı məlumatlar yaymaqdadır.

Ölkənin çoxmilyonlu tamaşaçı auditoriyasına malik “Habertürk” televiziya kanalı da ictimaiyyəti maraqlandıran suallara cavab vermək üçün “ABŞ “erməni kartı”ndan nə üçün istifadə etdi?” mövzusunda geniş veriliş yayımlayıb. Verilişdə müxtəlif sahələri təmsil edən ekspertlər fikir və mülahizələrini tamaşaçılara çatdırıblar. Canlı yayımda tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırılıb ki, hazırda böyük güclərin “erməni kartı”ndan istifadə etməsi siyasi ənənəyə çevrilib.

Diqqətə çatdırılıb ki, zaman-zaman Türkiyəni beynəlxalq siyasi proseslərdən kənarlaşdırmaq üçün “erməni kartı”ndan bəhrələnən böyük güclər bu dəfə də uydurma “erməni soyqırımı” mövzusu ilə siyasi təzyiq göstərməyə çalışırlar. Hazırkı vəziyyət konkret olaraq, Türkiyəni Suriya böhranının tənzimləmə prosesindən kənarlaşdırmaq məqsədilə ortaya çıxıb. Mövcud fakt bir daha təsdiq edir ki, 1915-ci il hadisələri, sadəcə olaraq, yalan və böhtan əsasında siyasi gündəmdə saxlanılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Nurməhəmmədovun atası ikinci dəfə evlənir: "Üçüncünü hələ bilmirəm"
18.11.2019
Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verib
18.11.2019
İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”
18.11.2019
Tbilisidə etiraz aksiyası dağıdılıb, xəsarət alanlar var - YENİLƏNİR
18.11.2019
Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ