Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Bakının üç rayonunda 50 min sakinin qaz təchizatı yaxşılaşacaq

10:12  |    01 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq.

Bu barədə Qaziler.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb.

Məlumata görə, Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub. Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70%-i icra olunub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM
06.11.2019
Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib
01.11.2019
“Azəriqaz” İstehsasalat Birliyinə yeni baş direktor təyin olunub