Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6940

Digər sorğular

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb

17:29  |    30 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, buna İsrail Maliyyə Nazirliyinin qərarı səbəb olub.

“Belə ki, bu ilin 21 iyulunda İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindən imzalanan və on illiklərdir ki, mövcud olan protokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsi səbəbindən diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq. Səfirlikdə heç bir konsulluq xidmətləri göstərilməyəcək və heç kimin səfirliyə girişinə icazə verilməyəcək. İsrail diplomatları hər zaman ölkənin gücü və dayanıqlığını artırmaq üçün səy göstərməyə sadiqdirlər. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizi yuxarıda göstərilən tədbirləri həyata keçirməkdən başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrailin Kiyev, Toronto, Paris və Moskvadakı səfirlikləri, Sankt-Peterburqdakı konsulluğu da tətil elan edib. Hazırda İsrailin dünyanın 69 ölkəsində səfirliyi, 23 konsulluğu və beş xüsusi nümayəndəliyi var. İsrail hökuməti Xarici İşlər Nazirliyinin büdcəsini azaldaraq onlar üçün ildə təxminən 367 milyon dollar ayrılması barədə qərar qəbul edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
27.06.2020
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."
27.06.2020
Bolton qalmaqallı kitabında Bakı səfərindən nə yazıb?