Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Yeni təşkilat yarandı: Köçkün şəhid ailələrinə, döyüşçülərə dəstək olacaq - FOTO

15:20  |    30 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycan vətəndaş cəmiyyəti institutuna daha bir təşkilat daxil oldu

Bu günlərdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Məcburi Köçkün və Müharibə Veteranlarına Dəstək“ ictimai birliyinin oktyabrın 30-da təqdimatı oldu. Tədbir Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin öfisində baş tutdu. Yeni yaranan təşkilatın məqsədi məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, Qarabağ əlillərinin problemlərini araşdıraraq onların həllinə yardımçı, mənəvi dəstək olmaqdan ibarətdir.

Qaziler.az bildirir ki, təqdimatda təşkilatın sədri Əbil Zeynalov çıxış edərək birliyin məqsəd və məramından danışdı. Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Qarabağ Əlillərinə Qayğı” birliyinin sədri Firidun Məmmədov, “Qarabağ Qaziləri“ İctimai birliyinin nəzarət-təftiş komissiyasının üzvü, Qarabağ qazisi Rafiq Kərimov, Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlu, Aprel qazisi, yeni yaranan təşkilatın idarə heyətinin üzvü Əhliyət Mehdiyev çıxış edərək təşkilatın yaranmasının zərurətindən danışaraq, yeni təşkilatın rəhbərlərinə işlərində uğurlar arzuladılar. Çıxışçılar bildirdilər ki, Azərbaycanda müharibə ilə bağlı xeyli sayda təşkilat var. Onların içərisində yaxşı fəaliyyət göstərəni də, fəaliyyətsiz olanı da var. “Ümid edirik ki, yeni təşkilat məcburi köçkün, şəhid ailələri və müharibə veteranlarının problemlərinin çözülməsi istiqamətində səmərəli fəaliyyət göstərəcək“.

Yeni yaranan təşkilatın sədri Əbil Zeynalov qarşıya qoyduqları məqsədə çatmaq üçün əllərindən gələni edəcəklərini bildirdi. Ə. Zeynalov onu da qeyd etdi ki, Azərbaycanın köçkün qəsəbəsi olan bütün bölgələrində təşkilatın filialları yaradılacaq.

Qeyd edək ki, Qarabağ qazisi Əbil Zeynalov Ağdam istiqamətində döyüşən “Qatır Məmməd“ ləqəbl Yaqub Rzayevin batalyonunda ermənilərə qarşı vuruşub. Şərəfli bir döyüş yolu keçib. Xalq Hərəkatının Ağdamdakı fəallarından biri olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Əlibəyli ilə müqavilə ləğv edildi, verilişi bağlandı - Rəsmi
18.11.2019
Ağa Məhəmməd şah Qacarın gürcü çarı II İrakliyə ULTİMATUM MƏKTUBU
18.11.2019
Sabahın hava proqnozu açıqlanıb
18.11.2019
Tofiq Yaqublu azadlığa buraxılıb
18.11.2019
"Azəriqaz": Bakıda 10 massivdə qazlaşma işləri davam edir