Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Fərid Şəfiyev: “Erməni məsələsi xarici siyasətdə alət kimi istifadə edilir” - ŞƏRH

16:37  |    30 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır və beləliklə, tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək.

Qaziler.az xəbər verir ki, bu fikri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev söyləyib.

F.Şəfiyev qeyd edib ki, Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur. Ümumilikdə bu, bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyyətçi lobbidən asılı vəziyyətə düşür, digər tərəfdən dayanıqsız və müvəqqəti olur. Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular - müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyyətçi amillərin təsiri altına düşüb və bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir.

“Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası, ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq. Tarixi kontekstə gəldikdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur”, - deyə F.Şəfiyev qeyd edib.

Mərkəzin sədri deyib ki, Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir. Lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi, erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Vladimir Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Prezident şeyxə “Heydər Əliyev” ordeni təqdim etdi
13.11.2019
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
13.11.2019
İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13.11.2019
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib