Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Hafiz Paşayev Prezidentdən XİN başçısının müavini vəzifəsindən azad olunmasını xahiş edib

20:55  |    29 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.

Qaziler.az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, müraciətində H.Paşayev əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Qeyd etmək istərdik ki, H.Paşayev ADA Universitetinin rektoru vəzifəsini və ADA Universitetinin XİN-in nəzdində olduğunu nəzərə alaraq, XİN-in Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Azərbaycan Prezidenti İlham Əliyev Patriarx Kirill ilə görüşüb
14.11.2019
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14.11.2019
Vladimir Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Prezident şeyxə “Heydər Əliyev” ordeni təqdim etdi
13.11.2019
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib