Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6596

Digər sorğular

Cümhuriyyət bayramı münasibətilə səfirlikdə rəsmi qəbul keçirildi

20:11  |    29 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, qəbulda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin himnlərinin oxunması ilə başlayan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Milli Məclisin sədri Oqtay Əsədov çıxış ediblər.

E. Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı təbrikini oxuyub. Türkiyə Prezidenti təbrikində bildirib ki, Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal savaşımızın qələbəsində rolu olanları hörmətlə yad edirlər: “Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz bu dövlətin qurulması və qorunması üçün canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirik. Biz dövlət və millət olaraq son illər yenə də bir İstiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Bu gün sərhədlərimizin təhlükəsizliyinə və iqtisadiyyatımıza hücumlar davam edir, İstiqlal savaşını fərqli formada aparırıq. Türkiyə qədim dövlətçilik nənələri ilə bu problemlərin öhdəsindən gələcək. Ölkəmizin qarşısındakı maneələri aşaraq bu günlərə gəldik. Ölkəmizi 2023-cü il hədəflərinə çatdıraraq bizdən sonrakı nəsillərin 2071-ci il hədəflərinə çatmasına zəmin yaradacağıq. Bir daha Türkiyə Cümhuriyyətinin edan edilməsinin 96-cı ildönümü münasibəti ilə sizləri təbrik edirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdıran spiker Oqtay Əsədov isə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
06.12.2019
Qərbi azərbaycanlıların deportasiyasının 31 ili
06.12.2019
Zakir Həsənov səfirlə Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsini müzakirə edib
05.12.2019
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
05.12.2019
Azərbaycan XİN başçısı: “Mnatsakanyan Helsinki Yekun Aktını bir də oxusun”