Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Prezident Saleh Məmmədovda səhv tutdu: “Şişirtmə bu rəqəmləri” - VİDEO

10:29  |    29 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovu tənqid edib.

Oxu.Az-ın xəbərinə görə, S.Məmmədov Prezidentə məlumat verib ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.

Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və səkkiz avtodayanacaq quraşdırılıb.

Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib.

Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.

S.Məmmədov bununla yanaşı, Nic-Abrıx yolundan danışarkən deyib ki, bu ərazidə 40-a yaxın yaşayış məntəqəsi var.

Prezident isə onun sözünü kəsərək “Qəbələ rayonuna aiddir?” deyə bildirib.

S.Məmmədov isə cavabında “Bəli, Qəbələyə aiddir” deyə cavab verib. Bu isə Prezidentin irad bildirməsinə səbəb olub. Ölkə başçısı deyib:

“Qəbələ rayonunda cəmi məncə 60 kənd var. Sən isə 40-a yaxın deyirsən”.

Bundan sonra S.Məmmədov Prezidentdən üzr istəyib. Prezident isə qeyd edib:

“Mən bilirəm ki, Qəbələdə nə qədər kənd var. Qəbələdə üç qəsəbə, bir şəhər və 60 kənd var. Sən isə deyirsən ki, 40 kənd var. Şişirtmə bu rəqəmləri!”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Şair Şamxal Rüstəm vəfat etdi (FOTO)
14.11.2019
Sabahın hava proqnozu - külək, yağmur...
14.11.2019
Bir qrup şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTO
14.11.2019
Sahil Babayev Kürdəmirdə vətəndaşlarla görüşəcək
14.11.2019
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi