Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Polşada erməni təxribatına qarşı etiraz aksiyası

20:25  |    28 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Polşada növbəti erməni təxribatının qarşısının alınması üçün etiraz aksiyası keçirilib.

QAZİLER.AZ AzərTAc-a istinadən xəbər verir ki, Polşada yaşayan ermənilər Ermənistanın qondarma tarixindən bəhs edən "Kraj wojny Marzeń" adlı filmi “Kino Kultura” adlı kinoteatrda nümayiş etdirməyi planlaşdırmışdırlar. Filmin nümayişi müsəlman dünyasını, eləcə də Azərbaycanı nüfuzdan salmağa hesablanmışdı. Lakin Polşadakı həmyerlilərimiz bu çirkin arzunun həyata keçməsinə imkan verməyiblər.

“Polşa Azərbaycanlıları Birliyi” tərəfindən əvvəlcə həmin kinoteatra rəsmi şəkildə şikayət olunub, həmyerlilərimizin narazılığı bildirilib. Daha sonra kinoteatrın qarşısında mitinq təşkil olunub. Kinoteatrın rəhbərliyi geriyə heç bir addım atmadığı üçün Varşava şəhər polisindən kütləvi aksiya üçün icazə alınaraq yenidən etiraz mitinqi təşkil olunub. Əlliyə yaxın soydaşımızın etiraz etdiyi aksiyada filmi izləməyə gələn polyaklara məsələ ilə bağlı haqlı mövqeyimiz çatdırılıb. Eyni zamanda, şəhər sakinlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı məlumat xarakterli broşürlər paylanılıb.

Aksiyanın təşkilatçısı “Polşa Azərbaycanlıları Birliyi”nin sədri Fərid Cəfərli şüarlar səsləndirərək ermənilərin, eyni zamanda, kinoteatrın atdığı bu addımı pisləyib. Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə keçirilən aksiya film bitənə qədər davam edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Vladimir Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Prezident şeyxə “Heydər Əliyev” ordeni təqdim etdi
13.11.2019
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
13.11.2019
İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13.11.2019
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib