Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Azərbaycanlı gənc ABŞ-da Vladimir Pozneri susdurdu - VİDEO

21:46  |    27 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalist azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşüb.



"Report" xəbər verir ki, xanım Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını və İsrail vətəndaşlarına qarşı ayrıseçkiliyin olmadığını söyləyib.

Arzu bildirib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır.

“Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır ".

A. Məmmədova Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin illərdir birgə yaşadıqlarını qeyd edərək, Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdırıb.

"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?".

Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir" dediyi zaman A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Düşmən atəşkəsi yenə pozub
04.11.2019
Sumqayıtdakı qəzada 2 nəfər ölüb, 6 yaralı var
02.11.2019
İcra başçısının qardaşı oğlu oğurluğa görə həbs edildi
30.10.2019
XİN: ABŞ Dövlət Departamentinə etiraz notası ünvanlanacaq
27.10.2019
Ramzan Kadırov İŞİD liderinin öldürülməsi xəbərinə şübhə və istehza ilə yanaşıb