Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

"Qarabağ" APOEL-lə heç-heçə etdi

22:45  |    24 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda III turda Kipr APOEL-ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüş Ağdam təmsilçisinin hücumları ilə başlayıb. Azərbaycan çempionu qolu da erkən vurub. Komandanın heyətində Dani Kintana fərqlənib. İspaniyalı yarımmüdafiəçi 13-cü dəqiqədə APOEL-i məyus edib. Qoldan sonra da "Qarabağ"ın hücumlarının sayını artırıb. 24-cü dəqiqədə Maksim Medvedevin zərbəsini qapıçı Vid Belets dəf edib. 29-cu dəqiqədə rəqib hesabı bərabərləşdirə bilib. APOEL-in kapitanı Nikolas İoannu başla topu qapıdan keçirib. Birinci hissənin sonlarında qonaq komanda ikinci qolu vurub. 45+1-ci dəqiqədə Linus Hallenius müdafiəçilərin səhvindən yararlanıb. 58-ci dəqiqədə Ailton Silvanın zərbəsindən sonra qola imkan verməyib. Lakin bir dəqiqə keçməmiş cinah müdafiəçisi topu başla rəqib qapısından keçirib və hesabı bərabərləşdirib. Görüşün sonları da Ağdam klubunun hücumları şəraitində keçsə də, hesab dəyişməyib.

Bu nəticədən sonra "Qarabağ" A qrupunda 4-cü, APOEL isə birinci xalını qazanıb.

Qeyd edək ki, komandalar qrup mərhələsinin IV turunda Kiprdə qarşılaşacaqlar. Matç noyabrın 7-də Nikosiyada olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ronaldo “Yuventus”dan gedir
20.11.2019
Maradona istefaya göndərilib
16.11.2019
AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub
15.11.2019
UEFA nümayəndəsi azərbaycanlı tərcüməçini konfransdan çıxardı - VİDEO
15.11.2019
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb