Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Ukraynadan olan Azərbaycanın Milli Qəhrəmanının xatirəsi anılıb

19:56  |    24 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölkəmizin Ukraynadakı səfirliyinin hərbi attaşe aparatının nümayəndələri Xarkov vilayətinin Zimiyov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, onun xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər.

Qaziler.az bildirir ki, Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev, baş köməkçi polkovnik-leytenant Emil Allahverdiyev və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Milli Qəhrəmanın yaşadığı evdə onun xatirəsi anılıb, keçdiyi həyat yolundan danışılıb. Sonra Milli Qəhrəmanın dəfn olunduğu Zimiyov şəhər qəbiristanlığında məzarı önündə anım tədbiri keçirilib. R.Polovinkanın “Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılmış və səkkiz guşəli ulduz təsvir olunmuş məzarı üzərinə Müdafiə Nazirliyi adından qızıl gül səbəti qoyulub, ailəsinə Müdafiə nazirinin şəxsi hədiyyələri təqdim edilib.
Polkovnik İ.Ağayev çıxış edərək bildirib ki, iki xalqın övladı olan R.Polovinka şəhidliyi ilə xalqlarımızın dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha sübut edib. Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq ənənələrinin uğurla davam etdiyini vurğulayan İ.Ağayev bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli qəhrəmanlarımıza, şəhidlərimizin ailələrinə yüksək dövlət qayğısı mövcuddur. Bu qayğının bariz nümunələrindən biri də şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsidir. Artıq bu müavinət R.Polovinkanın ailəsinin hesabına da köçürülüb. Bundan başqa Azərbaycan dövlətinin sifarişi ilə hazırda Milli Qəhrəmanımız haqqında sənədli film də çəkilir.
Milli Qəhrəmanın anası Qalina İvanovna oğlunun xatirəsinə göstərilən yüksək diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və Müdafiə nazirinə minnətdarlığını bildirib. Şəhidin atası Aleksandr Qriqoryeviç daim Azərbaycan dövlətinin qayğısını hiss etdiklərini və bundan məmnun qaldıqlarını vurğulayıb.
Xatırladaq ki, Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş leytenant R.Polovinka Qubadlı, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. 1992-ci ilin avqustun 6-da R.Polovinka Mi-24 helikopterinin heyəti ilə birlikdə Ağdərə rayonunu ərazisində gedən ağır döyüşlərdə düşmənin xeyli sayda zirehli texnika və canlı qüvvəsini məhv edib. Lakin bu istiqamətdə etdiyi dördüncü uçuş zamanı helikopter düşmən tərəfindən raketlə vurulub. O, komandiri Zakir Məcidovun əmrinə baxmayaraq, komandirini tərk etməyib, son ana qədər aviasiya vasitəsini xilas etməyə çalışıb. Təəssüflər olsun ki, R.Polovinka uçuş heyətinin üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Azərbaycan XİN: “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
12.07.2020
Şəmistan Əlizamnlı: “Ordumuzun yanındayam!”
12.07.2020
Müdafiə Nazirliyi: Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır
12.07.2020
Qazilərdən düşmənlə döyüşən əsgərlərimizə DƏSTƏK və ÇAĞIRIŞ- Dayanmaq olmaz!
12.07.2020
Düşmən geri otuzdurulub, itkilərimiz barədə RƏSMİ AÇIQLAMA