Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

DİN ölkə vətəndaşlarına təşəkkür edib

12:17  |    24 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) özünün rəsmi "Facebook" səhifəsində açıqlama yayıb.

"Report"un xəbərinə görə, açıqlamada deyilir:

"Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-da aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmələri, bu məqsədlə onlara müvafiq yer ayrılmasına baxmayaraq, müxalifət təmsilçiləri paytaxtın mərkəzində ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərə yol veriblər. Razılaşdırılmamış mitinqin keçirildiyi ərazidə ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısı polis əməkdaşları tərəfindən qanun çərçivəsində alınmışdır. Bu zaman fəaliyyətlərinə heç bir maneə yaradılmadan, hadisələri işıqlandırmaq məqsədi ilə çəkiliş aparan şəxslər tərəfindən polisin fəaliyyətinə dair bir neçə olay, Avropa dövlətlərində baş verən hadisələrlə montaj edilərək, sosial şəbəkələrdə paylaşılır. Xüsusi qruplar tərəfindən polisin imicini ləkələmək məqsədi ilə təhqir, böhtan, söyüşlərin paylaşıldığı bu statuslar, xalqın böyük əksəriyyəti tərəfindən narazılıqla qarşılanır və bununla bağlı ölkə vətəndaşları və ölkəmizə xüsusi simpatiyası olan əcnəbilər tərəfindən paylaşılan etirazlarda ölkəmizin qanunlarına hörmət, polis əməkdaşlarına ehtiram ifadə olunur.

Bununla əlaqədar ictimai asayişi qoruyan polisin çətin və şərəfli fəaliyyətinə verdiyiniz dəyərə, vətəndaş mövqeyinizə görə təşəkkür edirik. Bildiririk ki, zamanın sərt sınaqlarından çıxmış, həmişə dövlətçiliyimizin etibarlı müdafiəçisi, vətəndaşların ümid yeri olan daxili işlər orqanlarının şəxsi heyəti qaragüruhçuların nə deməsindən asılı olmayaraq öz fəaliyyətini, dövlətçiliyə və xalqa sədaqət ruhunda davam etdirir və bundan sonra da belə olacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Azərbaycanlı nazirlərin əcnəbilərlə ailə quran övladları - VİDEO
09.11.2019
AĞ ADAMIN HƏDİYYƏSİ
05.11.2019
Baş həkim: “Oktay Gülalıyevin İstanbula sabah aparılacağı gözlənilir”
31.10.2019
"Arvadım mənə xəyanət edib" - Səyavuş Aslanın oğlu
30.10.2019
Hacı Zeynalabdin Tağıyevin nəticəsi ilk dəfə Azərbaycana gəldi