Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6993

Digər sorğular

Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub”

20:26  |    23 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında Suriyadakı vəziyyətlə bağlı yeni açıqlamalar paylaşıb.

Modern.az xəbər verir ki, Türkiyə və Rusiyanın imzaladığı Soçi protokolundan sonra prosesləri ilk dəfə şərh edən Amerika prezidenti bildirib ki, Suriya əməliyyatı yekunlaşıb:

“Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub. Təhlükəsiz bölgə yaradıldı. Atəşkəs elan edildi və müharibə sona çatdı. Kürdlərin təhlükəsizliyi təmin olunub və bizimlə çox yaxşı çalışdılar. Həbs edilən İŞİD-çilərin vəziyyəti təminat altına alındı. Sabah 11:00-da (Bakı saatı ilə 19:00) Ağ Evdə mətbuat konfransı olacaq. Təşəkkür edirəm".

Qeyd edək ki, oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında Suriyaya dair razılaşma əldə edilib və tərəflər 10 maddəlik Niyyət Protokolu imzalayıblar. Bundan sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Suriyada əməliyyatları dayandırdığını açıqlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.08.2020
“WhatsApp”da yeni funksiya yaradıldı
04.08.2020
Beyrutda güclü partlayış: 2 mindən çox insan xəsarət alıb - VİDEO - Yenilənib
04.08.2020
Ermənistan parlamentində biabırçılıq: “Dayı” sözünün üstündə kütləvi dava düşdü - VİDEO
04.08.2020
Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu ötdü
04.08.2020
Türkiyədə koronavirusla bağlı vəziyyət gərginləşib