Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Jirinovskidən Zatulinə: Qarabağ alovuna odun atma!

14:15  |    23 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Rusiyada Liberal Demokrat Partiyasının (IDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski həmkarı Konstantin Zatulini Azərbaycanın işğal altındakı ərazilərinə etdiyi qanunsuz səfərə və orada Qarabağ münaqişəsinə dair verdiyi bəyanatlara görə qınayıb.

Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, Jirinovski Zatulini və bütövlükdə deputatları Qarabağ münaqişəsinin həllinə dair ehtiyatsız, düşünülməmiş bəyanatlar verməkdən çəkinməyə çağırıb.

“Qarabağda müəyyən siyasi qüvvələrin forumu keçirildi və bizim deputat Zatulin çox təcrübəlidir, amma o orada elə danışdı ki, Ermənistana böyük simpatiya nümayiş etdirdi. Qarabağ məsələsinin həllinə dar əsasən Ermənistanın xeyrinə olan həll layihəsi verdi və bu da Azərbaycanda hiddətə səbəb oldu. Bunu eləmək olmaz, bundan xeyir yoxdur. Bu (Qarabağ münaqişəsi - red.) ən ağrılı nöqtədir və heç vaxt həll olunmayacaq”, - Jirinovski deyib.

LDPR lideri əlavə edib ki, Dövlət Dumasının deputatlarının “həlli olmayan ağrılı nöqtələrə” toxunması arzuolunmazdır.

“Konstantin Fyodoroviç belə bəyanat verməli deyildi, çünki bu (Qarabağ) bizim böyrümüzdədir və kimsə ocağa bir da odun atıb Kataloniyadan betər alovlandıra bilər”, - Jirinovski əlavə edib.

Xatırladaq ki, Jirinovski dəfələrlə Qarabağ münaqişəsinin ancaq Azərbaycanın və Ermənistanın Rusiyanın tərkibinə qayıdacağı halda həll edilə biləcəyini deyib.

Rəsmi Bakı Konstantin Zatulinin Qarabağa qanunsuz səfərinə və orada verdiyi bəyanatlara görə Rusiya tərəfinə etiraz notası verib. Rusiya XİN isə bu səfəri “deputatın şəxsi təşəbbüsü” adlandırıb və rəsmi Moskvanın mövqeyini əks etdirmədiyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Müdafiə Nazirliyi: Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır
12.07.2020
Qazilərdən düşmənlə döyüşən əsgərlərimizə DƏSTƏK və ÇAĞIRIŞ- Dayanmaq olmaz!
12.07.2020
Düşmən geri otuzdurulub, itkilərimiz barədə RƏSMİ AÇIQLAMA
12.07.2020
Ermənilər təxribat törədib: Sərhəddə döyüş gedir, itkilər var
12.07.2020
Aprel döyüşlərinin sonuncu ŞƏHİDinin doğum günüdür