Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb

18:08  |    22 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Millət vəkili Qənirə Paşayeva MM-də hökümət və parlamenti qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması, ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) imzalamağa və ratifikasiya etməyə çağırıb.

Qaziler.az bildirir ki, millət vəkili Qənirə Paşayeva MM-də hökümət və parlamenti qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) imzalamağa və ratifikasiya etməyə çağırıb.

Bu gün MM-də “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva çıxış edərək bu konvensiyaya qoşulmağımızın, bununla bağlı qanunun qəbul olunmasının vacibliyi haqqında geniş fikirlərini bölüşüb. Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlarımızı qorumaq üçün bütün vacib qanun və qərarları qəbul etməli və onların yerinə yetirilməsi istiqamətində müvafiq qurumlar ciddi addımlar atmalıdır deyib və bir sıra təkliflərlə çıxış edib. Millət vəkili Q. Paşayeva hökümət və parlamenti digər vacib bir konvensiyanı - qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) da imzalamağa və ratifikasiya etməyə çağırıb. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını vurğulayan millət vəkili Qənirə Paşayeva ölkəmizin bu konvensiyanı imzalaması və ratifikasiya etməsi dövlətimizin beynəlxalq imici üçün də vacib bir məsələdir, amma ən əsası bu ilk növbədə bizim insanlarımız üçün lazımdır deyib. İlk öncə zorakılıq qurbanı olan qadınlarımızın, məişət zorakılığının qurbanı olan insanlarımızın hüquqlarının daha yaxşı qoruna bilməsi üçün lazımdır deyən millət vəkili Q. Paşayeva bildirib ki, qadınlara qarşı zorakılığın, məişət zorakılığının artması hamımızı ciddi narahat etməlidir və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bu cür ciddi narahatlıq doğuran problemlə mübarizə istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik.Ona görə də mən qısa zaman da bu konvensiyanın da imzalanıb, ratifikasiya edilməsinə və ümumiyyətlə qadınlara qarşı zorakılıq, məişət zorakılığı ilə daha fəal və sərt mübarizəyə çağırıram .

Millət vəkili Q. Paşayevanın bu mövzu ilə bağlı çıxışına aşağıdakı linkdən baxa bilərsiniz.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Şair Şamxal Rüstəm vəfat etdi (FOTO)
14.11.2019
Sabahın hava proqnozu - külək, yağmur...
14.11.2019
Bir qrup şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTO
14.11.2019
Sahil Babayev Kürdəmirdə vətəndaşlarla görüşəcək
14.11.2019
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi