Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

21:27  |    22 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Oktyabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Qaziler.az xəbər verir ki, Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.

Onlara bir daha bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO
21.11.2019
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
21.11.2019
Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb