Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI

20:23  |    21 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


ABŞ-ın Azərbaycandakı səfirliyi oktyabrın 19-dakı etiraz aksiyasına aid bəyanat yayıb.

Qaziler.az xəbər verir ki, səfirlikdən  daxil olan məlumata görə, bəyanatda qeyd edilib ki, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin hadisə ilə bağlı bəyanatını dəstəkləyir.

"Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxslərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq", - deyə açıqlamada qeyd olunub.

"Toplaşmaq və söz azadlıqları Azərbaycanın Konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq" ifadəsinin yer aldığı bəyanatda Birləşmiş Ştatların Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirdiyi, həmçinin xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid etdiyi bildirilir.

Qeyd edək ki, oktyabrın 19-da Milli Şura şəhərin mərkəzində razılaşdırılmamış aksiyaya cəhd edib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya aksiya keçirmək üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsində razılaşdırılmış aksiya keçirməyi təklif edib. Lakin Milli Şura bu ərazinin şəhər kənarında olduğunu qeyd edərək, razılaşdırılmış aksiyadan imtina edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib