Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Donbassda döyüşlər başlayıb

22:06  |    03 İyun 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Ukraynada – Donbass bölgəsində atəşkəsin ciddi şəkildə pozulması faktı baş verib.

QAZİLER.AZ-ın APA-ya istinadən xəbərinə görə, separatçı qüvvələr Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan Maryinka qəsəbəsinə hücuma başlayıblar.

Ukrayna Silahlı Qüvvələrinin “Kiyev-1” batalyonunun komandiri Yevgeni Deydey özünün “Facebook” səhifəsində səhər saat 04.50-dən etibarən güclü artilleriya atəşinə məruz qaldıqlarını yazıb: “Yaralılar var. Maryinka və Krasnoqorovka yanır. Cəbhə xətti boyunca şiddətli döyüşlər gedir”.

Qeyd olunan istiqaməti qoruyan Ukrayna Silahlı Qüvvələrinin 28-ci əlahiddə mexanikləşdirilmiş briqadası da öz “Facebook” səhifəsində faktı təsdiqləyib: “Düşmən Maryinka yaşayış məntəqəsindəki mövqelərimizə geniş miqyaslı hücuma başlayıb. Bütün gecə boyunca artilleriya, minaatan və reaktiv atəş sistemlərindən atəş davam edib”.

Ukrayna Antiterror Qərargahının mətbuat katibi Yevgeni Silkin hücum edən qruplaşmanın 1000 nəfərdən çox olduğunu və tanklardan, “Qrad” qurğularından istifadə etdiyini açıqlayıb.

Prezident Administrasiyasının antiterror əməliyyatı üzrə sözçüsü Anatoli Lısenko da döyüşlərdə ağır silahlardan istifadə edildiyini, lakin hələlik bunun cəbhə boyu geniş miqyaslı hücum olmadığını söyləyib: “Bu gün Donetsk istiqamətində baş verənləri hücum cəhdi kimi qiymətləndirmək olar. Geniş miqyaslı hücumdan danışa bilmərik, lakin vəziyyət sıradan da deyil”.

Son məlumatlara görə, döyüşlərdə 1 Ukrayna əsgəri həlak olub, 30-dan çoxu yaralanıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Dünyanın ən yaşlı cütlüyü seçildi
12.11.2019
Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı
12.11.2019
Ərdoğan Trampla görüşmək üçün ABŞ-a gedib
12.11.2019
2011-2012-ci illərdə axtarışa verilmiş keçmiş nazir Sloveniyada saxlanıldı
12.11.2019
Polis canlı yayımda etirazçını güllələdi