Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Qarabağ: hər an püskürməyə hazır olan vulkan... - Britaniyalı analitik fəlakətli müharibə riskindən yazdı

20:45  |    20 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyan üçün bal ayı başa çatıb: evdəki çoxsaylı problemlərlə yanaşı o, 30 ildir davam edən Qarabağ münaqişəsi adlı baş ağrısı ilə də məşğul olmalıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə britaniyalı analitik Tomas de Vaal özünün “Dağlıq Qarabağ ətrafında münaqişə hansı səbəbdən yenidən alovlana bilər” başlıqlı məqaləsində yazır.

Müəllifə görə hakimiyyətə gəlişindən 18 ay sonra Paşinyan yenə də populyardır və onun partiyası parlamendə çoxluğa sahibdir. Və hər halda Paşinyan siyasi inqilabların xarizmatik liderlərinin demək olar ki, həmişə qarşılaşdığı problemlə qarşılaşıb-o, küçə siyasətindən stabil idarəçiliyə necə keçmək problemini həll etməlidir.

“Ermənistan üçün də, Azərbaycan üçün də Dağlıq Qarabağ fəaliyyətdə olan vulkana bənzəyir, onun püskürməsi əsl fəlakət ola bilər”,-Tomas de Vaal yazır.

Analitik qeyd edir ki, Paşinyan və Əliyev bir neçə dəfə görüşüblər və təmas xətti boyu gərginlik kəskin aaşağı düşüb. Lakin münaqişə liderlər tərəfindən bağlı qapılar arxasında, kabinetlərdə həll edilə bilməz. Çünki bu münaqişə ictimai milli şüurda möhkəm kök salıb.

Müəllifin yazdığına görə, Azərbaycanda Qarabağ münaqişəsi milli birliyin mənbəyidir. Amma ictimai əhval-ruhiyyə bu məsələdə əsasən idarəediləndir.

“Əgər yaxın zamanlarda danışıqlarda müzakirələr üçün daha mühüm mövzu olmayacaqsa Qarabağa dair bir neçə pozitiv siqnallardan sonra Azərbaycan tezliklə bəyan edə bilər ki, onun səbri tükənir və Yerevanda yeni ideyaların olmamasından məyusdur. Bu ərazi ətafında situasiya daha çox tanış olan diplomatik talan dinamikasına qayıtmaq riski ilə üzləşib, hər iki tərəfin aqressiv ritorikası və atəşkəsin intensiv pozulması yenidən geri qayıda bilər”, - Tomas de Vaal vurğulayır.

Məqalədə deyilir ki, əgər situasiya yenidən pisləşsə bu ATƏT-in Minsk Qrupunda təmsil olunan beynəlxalq vasitəçilər üçün çağırış olacaq. Hansı ki, Fransa, ABŞ və Rusiya son iki ildə Dağlıq Qarabağ məsələsinə çox sakit yanaşmaqla Azərbaycan və Ermənistana idarəçiliyi üzərlərinə götürmək imkanı yaradıblar. “Lakin onların bu közərən münaqişənin yenidən alovlanmasına imkan verməmək üçün daha çox fəal olmaqdan və yeni ideyalara, yanaşmalara can atmaqdan başqa yolu yoxdur”,-müəllif bildirir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...
15.11.2019
Atəşkəs yenə pozulub
14.11.2019
Qarabağda yol qəzası olub, azı 3 erməni ölüb
14.11.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub
13.11.2019
“Dedim, tabutu açın, görək həqiqətən odurmu...” – Şəhid Milli Qəhrəmanın film kimi həyatı