Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Əli bəy Hüseynzadənin sevgi məktubu - O qızın kimliyi heç vaxt bilinmədi

12:10  |    20 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Yutub kanalında XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olan Əli bəy Hüseynzadənin sevgi məktubu yerləşdirilib.

Qaziler.az bildirir ki, Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadə uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur.

Vikipediyada Əli bəy Hüseynzadənin ailəsi haqda bunlar yazılıb:

"Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır".

Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.


1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qaleriyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur".

Əli bəy Hüseynzadənin Yutubda yerləşdirilən bu sevgi məktubunun kimə və nə vaxt yazıldığı isə bəlli deyil. Çünki ədib heç bir mənbədə sevgi məktubu yazdığı, ismini pünhan saxladığı həmin xanım haqda heç bir məlumat verməyib:



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Sürətli qaçış həyatını xilas etdi: Lamanı yemək istəyən yırtıcı özü yaralandı - VİDEO
07.11.2019
İtkin turist görün haradan tapıldı - DƏHŞƏTLİ SON...
05.11.2019
Rusiyalılar arasında ən məşhur kəşfiyyatçı seçilən bakılı Rixard Zorgenin QƏRİBƏ HƏYATI
27.10.2019
Siçan küçədə pişiklərlə “döyüşdü”, qarğalar izlədi - VİDEO
18.10.2019
Təyyarəyə gecikən sərnişin hirslənərək kompüterləri sındırdı və...- VİDEO