Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

XİN: Fransa məhkəməsinin Şuşa şəhəri ilə bağlı qərarını alqışlayır

18:41  |    19 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Lion inzibati məhkəməsinin bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 18 may 2015-ci ildə, Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair bu ilin 17 oktyabr tarixli qərarını alqışlayır.

Qaziler.az bildirir ki, Nazirliyin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib.

Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcəkdir.

Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbist qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...
15.11.2019
Atəşkəs yenə pozulub
14.11.2019
Qarabağda yol qəzası olub, azı 3 erməni ölüb
14.11.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub
13.11.2019
“Dedim, tabutu açın, görək həqiqətən odurmu...” – Şəhid Milli Qəhrəmanın film kimi həyatı