Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Pakistan generalı: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"

11:30  |    19 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub.

Eyni zamanda regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi haqqında söhbət açılıb. Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin, qarşılıqlı səfərlərin təşkilinin davamı haqqında da fikir mübadiləsi aparıblar.

Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin nümunəvi xarakter aldığını, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanı daima dəstəklədiyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...
15.11.2019
Atəşkəs yenə pozulub
14.11.2019
Qarabağda yol qəzası olub, azı 3 erməni ölüb
14.11.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub
13.11.2019
“Dedim, tabutu açın, görək həqiqətən odurmu...” – Şəhid Milli Qəhrəmanın film kimi həyatı