Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

“Müharibəni tək ordu aparmır, həmçinin dövlət və xalq aparır” - HƏRBİ EKSPERT

21:53  |    18 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup ehtiyatda olan zabitlər, hərbi ekspertlər və jurnalistlər cəbhə bölgəsinə səfər ediblər.

Onlar birlik komandiri general-mayor Hikmət Həsənovla görüş keçirdikdən sonra Tərtər və Ağdam rayonu ərazisində yerləşən ön xətt bölmələrinə yollanaraq burada xidmət edən hərbi qulluqçuların xidmət səviyyəsi ilə, həmçinin müdafiənin təşkili üçün yaradılmış mühəndis-istehkam qurğuları ilə tanış olaraq onun təyinatı haqqında ətraflı məlumat alıb, həmçinin düşmən tərəfi müasir vasitələrlə müşahidə ediblər.

Ehtiyatda olan zabit, hərbi ekspert Tərlan Eyvazov səfər haqqında fikirlərini Ordu.az-la bölüşüb:

- Tərlan müəllim, bu gün siz cəbhə bölgəsinə baş çəkdiniz. Ehtiyatda olan zabit kimi cəbhə bölgəsinə mütəmadı olaraq gəlirsiniz. Burada baş verən proseslərlə tanış olursunuz. Ümumilikdə bugünkü səfərinizdə ön xəttə nə müşahidə etdiniz?

- Dediyiniz kimi, bu bizim ilk səfərimiz deyil. Bu günə qədər biz əgər dəvət olursa, Qazax, Xocavənd, Tərtərə qədər cəbhə bölgələrində oluruq. Bu bölgələrdən Tərtər mənə daha doğmadır. Bu yer mənə ona görə əzizdir ki, o vaxtlar Qarabağ müharibəsinin ilk mərhələsində mənim hərbi hissənin komandir müavini olduğum hissə burada döyüşüb. Bu gün mən bu yerlərə baş çəkəndə 25 il bundan əvvəlki illəri xatırladım. O vaxta qədər ki, orada ciddi səngərlər qazılmırdı. Mərhum milli qəhrəman Eldar Ağayevin əmri ilə Tərtərdə ilk qazdığımız səngərlər, yaratdığımız istehkamlar bir anlıq gözümün qarşısına gəldi. Ancaq təbii ki, bunların üstündən 25 il ötüb və bu illər ərzində çox böyük işlər görülüb. Daima korpus komandanlığı bu illərdə orda olan mühəndis istehkam xətlərini, müdafiə sədlərini modernləşmiş formada təkmilləşdirib. Bu gün bir daha bunun bariz nümunəsini gördük. Bizim əsgərlərin daha yaxşı qorunması, müdafiə olunması, düşməni müşahidə etməsi üçün NATO standartlarına uyğun olan punktlar qurulub, səngərlər təkmilləşdirilib. Bundan başqa təlim meydançaları inşa edilib, müasir texnologiyanın nümunələri qoyulub. Artıq əsgərlərimiz yeni texnologiyadan istifadə edir və düşməni burada müşahidə edir. Əlbəttə ki, bütün bu yeniliklər bizi sevindirir. Həmçinin əsgərlərin geyimi, qidalanması, yaşayış şəraiti çox yüksək səviyyədədir. Daha sonra, əsgərlərin idmanla məşğul olması, döyüş hazırlığı ilə məşğul olması, silahlanması üçün hər an getdikcə təkmilləşdirilmiş işlərin şahidi oluruq.

- Müasir texnikaların, cihazların hərb sahəsində ön xəttə tətbiq olunması gələcək üçün nəyi vəd edir?

- Bu gün biz əgər istehsal sahələrində, digər sahələrdə müasir texnologiyanı tətbiq ediriksə, bu, birinci növbədə elmin inkişafı deməkdir. Hər bir ölkə yeniliklərini hərbdə tətbiq edir, çünki bütün ölkələrin istiqlaliyyəti, müstəqilliyi, ərazi bütövlüyü qorunması onun ordusuna bağlıdır. Bu səbəbdən də dövlət bu sahəyə diqqət ayırır. Bu texnologiyalar ilk növbədə orduda tətbiq edilir. Bu istər onun silahlanmasında, istər onun texnikasında, istərsə də müdafiə xətlərinin qurulmasında özünü göstərir. Əvvəllər bizim belə imkanlarımız mümkün olmayıb. Xidməti dövrümüzdə müəyyən sənədlərin yazılması üçün çox çətinliklə bir kompüter və ya yazı makinası tapırdıqsa, sevinirdik. Amma bu gün bütün hərbi hissələr, hətta ən ön bölmələr belə kompüterlə təchiz olunub. Bu da işin daha rəvan, operativ olmasına səbəb olur. Təbii ki, əsgər balalarımızın bu texnologiyalara yiyələnməsi bizi ancaq xoşbəxt edər.

- Ön xəttə müdafiənin təşkili üçün tətbiq olunmuş yeni texnologiyalar və döyüş növbətçiliyi metodunun xeyli hissəsi Aprel döyüşlərindən sonra tətbiq olunmağa başladı. Ön cəbhədəki sistemlər məhz bundan sonra quruldu. Ümümilikdə Aprel döyüşlərindən əvvəlki və sonrakı ordunu müqayisə etsək hansı nəticəyə gələ bilərsiz?

- Mən bunu deyərdim ki, Aprel döyüşlərinə qədər artıq Azərbaycan ordusunun silahlanmasına dünyanın ən mötəbər ölkələrin, ən öncül firmalarının düzəltdiyi silahlar daxil olub. Həmin o silahlar da təbii ki, qeyd etdiyimiz həmin o texnikaların vasitəsilə idarə olunub. Yəni, bu əvvəlki dövrlərdən çox fərqli idi. Bu Aprel hadisələrində isə düşmən hücum edən zaman bu döyüş vasitələrinin sayəsində geriyə çəkildi. Dəfələrlə düşmən bizə əks-həmlə edərək, bizi olduğumuz mövqelərdən çıxarmaq cəhdləri və bunun uğursuzluğa düçar olması nəzərdə tutduğumuz silahların və ordumuzun əzmi, iradəsi nəticəsində baş tutdu. Artıq onlarda müəyyən olunmuş yeni silahlardan, texnologiyadan istifadə etməyə başladılar. Əlbəttə ki, Azərbaycan tərəfindən bunun cavabı verilməli idi. Ordumuz mühəndis qurğularının, istehkam xətlərinin daha yaxşıları ilə təchiz olunur. Həmişə də bu işlər uğurla davam etdirilir.

- Hazırda Ermənistanda baş verən siyasi proseslər ön cəbhəyə nə kimi siyasi təsirlər göstərə bilir?

- Öz bildiyimiz faktlar əsasında araşdırsaq, Ermənistanda baş verən son proseslər, orada hakimiyyət dəyişikliyi, hakimiyyətin təmamən müxalifətin əlinə keçməsi, orada müəyyən narazılıqların baş verməsi məlumdur. Lakin mən bunu həmişə deyirəm, ermənilərin ümummilli erməni mənafeyi var. Xırda ya böyük münaqişələri olsa belə, öz mənafeləri ətrafında birləşə bilirlər. Yəni, biz onlardan bir- birlərinə silah çəkmələrini, ya da məqsədlərindən əl çəkmələrini gözləməməliyik. Ona görə də biz öz işimizlə məşğul olmalıyıq. Siyasətimiz, xarici diplomatiyamız, hərbimiz bir nöqtədən çıxış etməli, yalnız bir məqsədə xidmət etməlidir. Bu amalımız da tezliklə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunmasıdır.

Bu gün Türkiyənin Suriyanın ərazisində apardığı əməliyyatlardan nəticə çıxartmalıyıq. Bildiyimiz kimi bundan əvvəlki iki əməliyyat uğurla nəticələnib. Bu, tək ordunun uğuru deyil. Bu həm Türkiyə hakimiyyətinin, həm onun müxtəlif qollarının, həm kəşfiyyatının, həm də xarici siyasətinin nəticəsidir. Ümumilikdə vahid bir məqsəd üçün Türkiyə dövlətinin uğurlu bir əməliyyatıdır. Eyni işi biz də öyrənməli, daha da ixtisaslaşmalı və nəticədə işimizdə tətbiq etməliyik. Yəni, tək orduya yüklənmək olmaz ki, torpaqları xilas etməlisən. Müharibəni tək ordu aparmır, həmçinin dövlət və xalq aparır.

- Döyüşçü zabit, Tərlan Eyvazov Azərbaycan gəncliyinə nə demək istəyir?

- Mən gənclərə yaxşı oxumağı, öz sağlamlığının qeydinə qalmağı, bu proseslərdə fəal iştirak etməyi çağırıram. Biz yaşlı nəsildən fərqli olaraq, Azərbaycan gəncliyi bütün dünyanın gəncliyi kimi bu texnologiyaların içində doğulub. Onlar bu yenilikləri çox yaxşı bilirlər. Məsələn, internetin imkanlarından onların istifadə etmək qabiliyyəti məndən qat-qat yüksəkdir. Əgər mən bu az qabiliyyətimlə müəyyən bu işlərin görülməsində, düşmənlərimizə qarşı informasiya müharibəsində iştirak edə bilirəmsə, onların bu imkanları məndən çoxdur. Mən tövsiyə edərdim ki, onlar bizə yardım etsinlər. Hər bir kəsin köməyi vacibdir. Heç kəs yaxasını qırağa çəkməsin ki, mən bu işi bacarmaram. Hər bir gəncin dəstəyi önəmlidir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Mədət Quliyevin oğlu: "Çalışıram ki, insanlarla münasibətdə yekəxana olmayım" - VİDEOMÜSAHİBƏ
08.11.2019
32 manata yaxşı kostyumlar var, yerini göstərə bilərəm - Hafiz Hacıyev
28.10.2019
Pozneri şok edən Arzu: Nə sual verəcəyimi özümdən başqa heç kəs bilmirdi
24.10.2019
“Azərbaycanda futbol olmayacaq” - Aqil Abbas
21.10.2019
“Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü