Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

17:49  |    17 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib

Dövlət Xidmətindən Qaziler.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 17-də Sumqayıtda Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Sumqayıt şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstəsi qoyulub.
Xidmət rəisi, general-leytenant Arzu Rəhimovun keçirdiyi qəbulda 23 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, ailə vəziyyətinə görə möhlət hüququnun verilməsi, təkrar tibbi müayinə, şəhid adı və statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.
Qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Azərbaycanlı nazirlərin əcnəbilərlə ailə quran övladları - VİDEO
09.11.2019
AĞ ADAMIN HƏDİYYƏSİ
05.11.2019
Baş həkim: “Oktay Gülalıyevin İstanbula sabah aparılacağı gözlənilir”
31.10.2019
"Arvadım mənə xəyanət edib" - Səyavuş Aslanın oğlu
30.10.2019
Hacı Zeynalabdin Tağıyevin nəticəsi ilk dəfə Azərbaycana gəldi