Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək

18:27  |    17 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırali ilə Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən layihələr müzakirə edilib, təhsil sahəsində əməkdaşlıq perspektivləri haqqında söhbət aparılıb.

BTA prezidenti təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib və bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra üzv ölkələrin təhsil nazirlərinin təmsil olunduğu Akademiyanın Elmi Şurasına sədrlik Azərbaycana keçib. Akademiya prezidenti təşkilatın hazırladığı “Ortaq Türk tarixi” dərsliyinin Azərbaycanın 150 orta məktəbində pilot layihə olaraq tədrisinə başlanmasına dair Təhsil Nazirliyinin qərarından məmnun olduğunu diqqətə çatdırıb.

REKLAM

docs.google.com

Daha ətraflı



Təhsil naziri Ceyhun Bayramov Azərbaycan tərəfinin Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yaxından izlədiyini və yüksək qiymətləndirdiyini, gələcək əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirib. Nazir “Ortaq Türk tarixi” dərsliyinin gələn ildən respublikanın bütün orta məktəblərdə tədris proqramına daxil ediləcəyini deyib. O, Azərbaycanın sədrliyi ilə Elmi Şuranın növbəti toplantısının Azərbaycanda keçiriləcəyini və Akademiyanın növbəti il üçün fəaliyyət istiqamətləri və planlarının müzakirə ediləcəyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Bakıda ekspress avtobus xətlərinin iş qrafiki dəyişdirilib
08.07.2020
"ASAN xidmət"də yeni təyinat olub
08.07.2020
Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib - VİDEO
08.07.2020
Tramp pandemiya fonunda məktəblərin açılmasına çağırır
08.07.2020
Sumqayıtda evini qanunsuz şəkildə tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb - VİDEO