Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib

16:42  |    16 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm".

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News”ün müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlar öz həmkarları ilə görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir.


Rəcəb Tayyip Ərdoğan ABŞ-a səfəri ilə bağlı bunları bildirib: “ABŞ-a ziyarətim buraya (Türkiyəyə - red.) gələcək olan nümayəndə heyət ilə aparılan müzakirələrdən sonra dəyərləndiriləcək bir haldır. ABŞ Konqresində aparılan müzakirələr, danışıqlar, şəxsim, ailəm və nazirlərimizlə bağlı bütün dəyərləndirmələr Türkiyə Cümhuriyyətinə qarşı çox böyük hörmətsizlik, həddini aşmaqdır. Təbii ki, belə bir vəziyyətdə bunun dəyərləndirilməsindən daha doğru bir şey ola bilməz. Dəyərləndirib daha sonra qərarımızı verəcəyik”.

Xatırladaq ki, cari il noyabrın 14-də Türkiyə prezdentinin ABŞ-a səfəri nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
21.11.2019
Türk qoşunları Suriyada irəliləməyə davam edir
21.11.2019
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib
21.11.2019
Çavuşoğlu-Pompeo görüşü ilə bağlı ilk açıqlamalar
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi