Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verib

11:12  |    16 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


UEFA "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının III tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.

"Report"un məlumatına görə, qitə futbol qurumunun rəsmi saytı Qurban Qurbanovun Azərbaycan təmsilçisinin baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını yazıb. Halbuki Qurbanov üçün yubiley qarşılaşması ötən tur Lüksemburqda "Düdelanj"la görüşə təsadüf edib. Həmin matç "Qarabağ"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Bu, Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyət olub. Qalan oyunlardan 27-də heç-heçə, 33-də məğlubiyyət qeydə alınıb. Avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 64-ü Avropa Liqasına təsadüf edib. Bundan başqa Qurbanov “Neftçi”nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya “Rid”i ilə iki oyunda iş başında olub (1:3, 2:1).

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ronaldo “Yuventus”dan gedir
20.11.2019
Maradona istefaya göndərilib
16.11.2019
AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub
15.11.2019
UEFA nümayəndəsi azərbaycanlı tərcüməçini konfransdan çıxardı - VİDEO
15.11.2019
Bakı məktəblisi erməni idmançıya qalib gələrək qızıl medal qazanıb