Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Tanınmışlar Əfqan Muxtarlının azadlığı üçün prezidentə müraciət etdilər

20:48  |    15 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Həbsxanada olan jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli xüsusi statusla çıxış edib.

Musavat.com xəbər verir ki, vəkil hakimiyyətə çağırış edib ki, jurnalisti azad etsin.

Vəkilin açıqlamasını təqdim edirik: “Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir. Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələrin bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar da dəbdən düşüb. Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyin bərpası günü qeyd olunacaq. Bu bayram münasibətilə Ə. Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onların ailəsinə, uşaqlarına bayram töhfəsi olardı. Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı”.

Millət vəkili Çingiz Qənizadə musavat.com-a açqılamasında bildirdi ki, Ə.Muxtarlı kimi şəxslərin azad olunmasına böyük məmnuniyyətlə razıdır. Onun sözlərinə görə, bu kimi şəxslərin həbsi Azərbaycan dövləti ilə beynəlxalq təşkilatlar arasında mübahisə predmetinə səbəb olur.

Müsahibimiz bildirdi ki, hüquq müdafiəçiləri olaraq jurnalistin azadlığa çıxması ilə bağlı müraciət ediləcək: “Bizim müraciətimizi cənab prezident də hər zaman dəyərləndirir. Xüsusən indi Əfqan Muxtarlının səhhətində ciddi pöroblemlər yaranıbsa, hüquq müdafiəçiləri də bununla bağlı xüsusi müraciət edəcəklər. İşçi Qrupunun üzvü kimi çalışacağam ki, onun səhhəti ilə bağlı informasiyaları da dəqiqləşdirim. Mümkün versiya kimi vaxtından əvvəl azad olunması məsələsi gündəmdə ola bilər. Əgər cəzasının qanunda nəzərdə tutulan hissəsini keçibsə, tez azadlığa buraxılması mümkündür. Prezidenrt belə humanitar addınlar atdıqca cəmiyyətdə pozitiv əhval-ruhiyyə artır”.

Media mütəxəssisi Qulu Məhərrəmli də hesab edir ki, jurnalist fəaliyyətinə görə həbs olunmuş Əfqan Muxtarlının azadlığa buraxılması ədalətli addım olardı.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu musavat.com-a açıqlamasında dedi ki, Ə.Muxtarlı azadlığa çıxmalıdır.

Onun sözlərinə görə, səhhətində problemin olub-olmamasından asılı olmayaraq jurnalistin həbs həyatı yekunlaşmalıdır: “Onu Gürcüstandan tutub gətiriblər Bakıya. Bu məsələ İşçi Qrupunda müzakirə olunub. Mən elə başa düşürəm ki, bu gün siyasi durum, Türkiyənin savaşda olması, millətin bir yerdə olması zərurəti üçün hamımız çalışmalıyıq ki, dövlətin içində söz-söhbət olmasın. Hamımız həmrəy olmalıyıq, ölkənin içində hərc-mərclik olmamalıdır. Bir insan, bir hüquq müdafiəçisi kimi dəstək olacağıq və inanıram ki, prezident İlham Əliyev də cəmiyyətin rəyini hər zaman olduğu kimi nəzərə alacaq”.

Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulur, Azərbaycan ictimaiyyətini də onu dəstəkləməyi səsləyir. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağa xahiş edirlər və bunun bütünlüklə ölkədəki mühitin də sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildirirlər.

Mətbuat Şurası İdarə Heyəyinin üzvü Müşfiq Ələsgərli də musavat.com-a açıqlamasında dedi ki, nəinki Əfqan Muxtarlının, hər hansı jurnalistin həbsi yolverilməzdir.

“Jurnalist həbsdə olmamalıdır” deyən müsahibimizə görə, bununla bağlı zaman-zaman müraciətlər də edilib: “Hər zaman jurnalistlərin vəziyyətinin normallaşması üçün müraciət edilib. Azərbaycan qanunlarında da təkmilləşmə getməlidir. Diffamasiya ilə bağlı məsələ öz həllini tapmalıdır. Problemlər həbslə, kriminal kodekslə yox, fərqli qaydada çözülməlidir. Bütün təkliflıərin kökündə o dayanır ki, jurnalist həbsdə olmamalıdır. Bütün açıqlamalarımız, mövqeyimiz bunun üzərindədir. Bizim peşəmiz bunu tələb edir. Jurnalistlərə qarşı əlavə hərəktələr olmamalıdır”.

M.Ələsgərli dedi ki, jurnalist adını daşıyan şəxslər həbsdə qaldıqca ölkəmizə qarşı təzyiqlər olur, qondarma siyasi məhbus siyahıları hazırlanır və Azərbaycanın üzərinə gəlinir: “Biz istərdik ki, media adını daşıyan, bu sahədə fəaliyyət göstərən şəxslər azadlıqda olsunlar. Təbii ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçib, jurnalıist fəaliyyətinə görə həbs olunmayıb. Amma bu şəxslərin həbsdə qalması Azərbaycanla bağlı yanlış addımlara səbəb olur. Biz də hesab edirik ki, uyğunluq varsa, həbsdə 2-3 il artıq qalması nəyi dəyişir? Cəzası varsa, artıq bunu dərk edib və təkrarlanmasını istəməz”.
MŞ İdarə Heyətinin üzvü dedi ki, Azərbaycanda jurnalistlərə qarşı humanizm təcrübəsi var. Zamanında da həbsdə olan jurnalistlərə qarşı pozitiv addımlar atılıb və bunun davam edəcəyi gözləniləndir.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Azərbaycanlı nazirlərin əcnəbilərlə ailə quran övladları - VİDEO
09.11.2019
AĞ ADAMIN HƏDİYYƏSİ
05.11.2019
Baş həkim: “Oktay Gülalıyevin İstanbula sabah aparılacağı gözlənilir”
31.10.2019
"Arvadım mənə xəyanət edib" - Səyavuş Aslanın oğlu
30.10.2019
Hacı Zeynalabdin Tağıyevin nəticəsi ilk dəfə Azərbaycana gəldi