Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Yeni sahələr üzrə peşə hazırlığı kurslarına qeydiyyat davam edir

18:36  |    15 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Hotellər və Restoranlar Assosiasiyasının (DAİR) birgə təşkil etdiyi turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşələr üzrə hazırlıq kurslarına müdavim qəbulu davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, kurslarda öyrədiləcək peşələrin siyahısına daha iki peşə də əlavə edilib.

Beləliklə, elan edilən peşə hazırlığı kursları aşağıdakı peşələr üzrədir:

 Aşpaz (Azərbaycan kulinariyası)
 Qənnadçı
 Ofisiant (banket və ziyafətlər üçün)
 Ofisiant (yüksək kvalifikasiyalı)
 Dağ turist marşrutları üzrə bələdçi
 Ekskursiya bələdçisi
 Qeydiyyatçı (mehmanxanada) / Receptionist
 Konsyerj
 Mehmanxana qapıcısı (belman)
 Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner
 Barmen
 Konfrans və tədbir təşkilatısı
 Turanimator

Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına cəlb edilmək üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində - turizm və qonaqpərvərlik biznesi müəsissələrində təcrübə keçməklə tədris ediləcək.

Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçiriləcəkdir.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.

Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Seçdiyiniz peşənin adını elektron məktubun mövzü bölməsində qeyd etməyiniz xahiş olunur.

Əlaqə nömrəsi:
+99412 562 75 34 - Rəşad Muradov
+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub