Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6959

Digər sorğular

An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia

13:31  |    14 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


10 oktyabrda Konqo Demokratik Respublikasındakı qəzaya düşən An-72 təyyarəsinin göyərtəsində “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin ola bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Readovka” saytı öz mənbələrinə istinadən yayıb. Sayt Priqojinin təyyarə qəzasından sonra itkin düşdüyünü bildirib.

“Znak.com” saytı Priqojinin rəsmi nümayəndələrinin hələlik heç bir məlumat vermədiklərini bildiriblər. Rusiya Xarici İşlər Nazirliyi isə məlumatı təsdiqləyib. Bununla belə sayt Priqojinə yaxın şəxslərin biznesmendən bir neçə gündür heç bir məlumat almadıqlarını, amma yayılan xəbərlərə inanmaq istəmədiklərini deyib.

Qeyd edək ki, An-72 Konqo Prezidenti Feliks Çisedekinin avtomobilini daşıyıb.

Rusiyanın bu ölkədəki səfirliyi rəsmi Feysbuk səhifəsində Konqonun Qomo şəhərindən paytaxt Kinşasaya uçan zaman qəzaya uğrayan An-72 təyyarəsində olan 8 nəfərdən ikisinin - Vladimir Sadovniçi və Vitali Şumkovun Rusiya vətəndaşı olduğunu açıqlayıb.

Priqojin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri kimi tanınır. O, Suriya, Donbas, Afrika respublikaları üçün muzdlu rus hərbçilərinin təminatını həyata keçirib. Bəzi mənbələr məhz onun şirkətinin əslən azərbaycanlı olan jurnalist Orxan Camalı öldürdüyünü iddia edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
Yəhudilərdən ölkəmizə dəstək: Yaşasın Azərbaycan ordusu!
14.07.2020
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayır - VİDEO
14.07.2020
İran televiziyası Qarabağı "erməni torpağı" adlandırdı - VİDEO
14.07.2020
Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü
14.07.2020
KTMT Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı