Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Nazirlik canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi

16:29  |    10 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Canlı yayım zamanı 181-dən çox vətəndaş sualı cavablandırıldı

Qaziler.az bildirir ki, bu gün saat 11.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi Facebook səhifəsində canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi.

“Sosial saat”ın ilk yayımı əmək pensiyasının minimum məbləğinin artırılması mövzusuna aid idi. Yayımın vaxtı, mövzusu və dəvət edilmiş qonaq barədə əvvəlcədən ictimaiyyətə məlumatlar verilmişdi.

Yayım zamanı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov əmək pensiyasının minimum məbləğinin artırılması, ümumən pensiya və müavinət təminatı, aparılan sosial islahatlarla bağlı vətəndaşların suallarına aydınlıq gətirdi.

Bir saat davam edən yayım zamanı şərh bölməsinə yazılan ümumilikdə 181-dən çox vətəndaş müraciəti cavablandırıldı.

Canlı yayıma müxtəlif vaxtlarda ümumilikdə 1700-dən çox istifadəçi qoşulub və canlı yayım 60 nəfər tərəfindən paylaşılıb.

“Sosial saat” öz fəaliyyətini açıq nazirlik statusuna uyğun quran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə daha açıq olmaq və vətəndaş suallarını daha operativ şəkildə cavablandırmaq məqsədi daşıyır.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi
07.11.2019
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil verildi - FOTO
06.11.2019
Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
06.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq təqdim edilib
06.11.2019
DOST Agentliyində Bolqarıstanın Əmək və Sosial Siyasət naziri ilə görüş olub