Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6517

Digər sorğular

Rusiya telekanalı Həzi Aslanov haqqında sənədli film çəkdi – Əfsanəvi generalın müəmmalı ölümünü araşdırdı (FİLM)

14:14  |    10 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Rusiyanın “Zvezda” telekanalı Azərbaycan xalqının qəhrəman oğlu, əfsanəvi general, İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında sənədli film çəkib.

Azpost.info bildirir ki, “Ordunun əfsanəvi şəxsiyyətləri: Həzi Aslanov” adlı filmin dünən premyerası olub. Filmdə qəhrəmanın keçdiyi döyüş yoluna nəzər salınıb, nadir kadrlardan istifadə olunub.

Ekran işində Böyük Vətən Müharibəsi dövründə keçirilmiş müxtəlif hərbi əməliyyatlarda general Həzi Aslanovun iştirakı və döyüşün taleyini həll edən qərarları açıqlanıb.

Qeyd olunub ki, Həzi Aslanov qəhrəmanlığına görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunsa da bu adı sağ ikən almaq ona nəsib olmayıb. Yüksək ad ona 47 il sonra -1991-ci ildə təqdim olunub. Filmdə həmçinin vurğulanır ki, ən gənc sovet generalının ölümündə bu günə qədər çoxlu “ağ ləkələr” qalmaqdadır.

Sənədli ekran işində hərbi tarixçilər, yazıçılar, qəhrəmanın nəvəsi, onun adını daşıyan Həzi Aslanov danışıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
FHN əməkdaşları intiharın qarşısını alıb
12.10.2019
Xəzərdə balıqçının itkin düşməsi ilə əlaqədar Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət olunub - VİDEO
10.10.2019
“Balaxanı zibilliyi”ndə üzərinə qapı düşən qadın ölüb
10.10.2019
Azərbaycanda qadını ata bağlayaraq sürüyüblər
09.10.2019
Abşeronda ər arvadını döyərək öldürüb