Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6664

Digər sorğular

Ermənistan silahlı bölmələri atəşkəsi yenə pozub

09:51  |    10 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Ağdam rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.01.2020
Qarabağ icmasından Şuşa Qalası ilə bağlı bəyanat
25.01.2020
Qarabağda müharibə başlasa ... - qüvvələr nisbəti nə deyir?
25.01.2020
Atəşkəs yenə pozulub
24.01.2020
Mövqelərimiz snayper və pulemyotlardan atəşə tutuldu
23.01.2020
Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edildi - YENİLƏNİB - VİDEO