Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb

20:23  |    09 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzi 40 mininci vətəndaşı qəbul edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, Bakının Yasamal rayon sakini Rasim Nəbiyev mərkəzə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət edib. O, DOST mərkəzinin fəaliyyətə başladığının beşinci ayının tamamında mərkəzin xidmət göstərdiyi 40 mininci vətəndaş kimi qeydə alınıb.

1 saylı DOST mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. Direktor DOST mərkəzinin xidmətlərindən istifadə etdiyi üçün paytaxt sakininə təşəkkürünü bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev burada göstərilən xidmətin şəffaf, operativ və yüksək səviyyədə olduğunu qeyd edib: “Mən dəfələrlə DOST mərkəzinə üz tutub onun xidmətlərindən istifadə etmişəm. Hər dəfə burada xidmətin yüksək səviyyəsindən və şəffaflığından, operativliyindən, əməkdaşların səmimiyyətindən, müraciət edənlərə nəzakətli münasibətindən çox razı qalmışam. Doğrudan da mərkəzdə hər şey vətəndaş məmnunluğuna xidmət edir”.

R.Nəbiyev cari ildə ölkədə aparılan uğurlu sosial islahatlara, xüsusilə də pensiya və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırıldığına, dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldildiyinə və vətəndaşlar üçün rahat xidmət şəraiti yaradıldığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub - Ölənlər var
30.05.2020
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
30.05.2020
“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib
30.05.2020
Maska taxmayanlar nə qədər cərimələnəcək? - Məbləğ açıqlandı