Baş nazir Novruz Məmmədovun ötən gün vəzifəsindən istefa verməsi və dərhal da yeni baş nazirin seçilməsi müzakirə olunmaqdadır.

Ümumiyyətlə isə N.Məmmədovun cəmi 1,5 il əvvəl Baş nazir təyinatına diqqət çəkilir. Belə ki, gözlənilməz olan bu təyinatla bağlı ən maraqlı açıqlamanı da bir ay öncə Speys TV-nin “Sadə həqiqətlər” verilişində N.Məmmədov özü vermişdi. N.Məmmədov bildirmişdi ki, Baş nazir olması ilə bağlı Prezidentin təklifi hamıdan çox, özü üçün gözlənilməz olub:
“Hər şey qəfil baş verdi... Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Doğrudan da seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev dedi ki, sənin Baş nazir vəzifəsinə namizədliyini təklif edirəm. Elə vəziyyətdə qaldım ki, bu, mümkün olan şey deyil, mən bunu bacarmaram. Dedim ki, mən sizin etibarınızı doğrulda bilmərəm, mənim üçün çətin olar.
Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Həddindən artıq çətin vəziyyətdə idim. Düşünürdüm ki, birdən bu qərar qəbul edilsə, mən necə edəcəyəm? Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə! Mən də başqa bir söz demədim…”
Müsahibənin hazırda yenidən aktuallıq kəsb etdiyini nəzərə alaraq, verilişin tam versiyasının videosunu təqdim edirik:
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər
15.01.2021 |
ANAMA ləğv edildi |
15.01.2021 |
Ağdamın Qasımlı kəndi - VİDEO |
15.01.2021 |
İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” - VİDEO |
15.01.2021 |
Bakı sakinlərinə XƏBƏRDARLIQ |
15.01.2021 |
Azərbaycanda koronavirusa yoluxma aşağı düşdü: 12 nəfər vəfat edib |