Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

Bu gün 4 rayonda qaz olmayacaq

10:08  |    09 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Qaziler.az-a verilən məlumata görə, saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu gün saat 10:00-dan “Qaz İxrac” İdarəsinin “Qarabağ” ölçü qovşağı üzrə aşkarlanan qaz sızmalarının aradan qaldırılmasına başlayıb. Bu müddət ərzində Yevlax rayon mərkəzinin bir hissəsi və bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Neftçalanın sabiq icra başçısı və digərləri barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB
22.02.2020
Yeni şəffaf sayğac qutuları quraşdırılacaq
21.02.2020
Prezident Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
09.02.2020
Nazir:“Biz aldığımızdan daha çox ödəyirik”
06.02.2020
Əmək pensiyaları indeksləşdirildi