Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6517

Digər sorğular

Sosial mediada haqqında erməninin yalan yaydığı türk idmançı: Ermənistanda döyüşəkmi, Abrahamyan?

22:19  |    08 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


3 dəfə dünya çempionu olan Batuxan Akduman da ənənəvi erməni yalanı, erməni iftirasına məruz qalıb. Türk idmançı sosial mediada guya erməni döyüşçünün onu boğduğu haqda yaydığı yalanı ifşa edib

Qaziler.az bildirir ki, 3 dəfə dünya çempionu olan Batuxan Akduman bir neçə gün öncə ermənistanlı döyüşçü Rafael Abrahamyanın guya onu "boğmağa" çalışdığı görüntülər haqqında danışıb:

“Sosial mediada yalan-yanlış xəbərlər verilir. Mən olayı dünən səhər Rusiyadan olan idmançı dostlarımdan gələn mesajla öyrəndim. Bazar günü gecə “Rafael Abrahamyan türk döyüşçü Batuxan Akdumanı faciəvi şəkildə döydü” deyə bir video paylaşır. İnanın, Azərbaycanda Mübariz İbrahimov kimdirsə, hazırda Ermənistanda Rafael Abrahamyan da o cür xalq qəhrəmanı elan edilib. Mən bu xəbəri eşidən kimi Rusiya vasitəsilə hərəkətə keçdim və Rusiya Full Kontakt Döyüş İdmanları Federasiyası prezidenti Sergey Ermakov ilə danışdım. Onun vasitəsilə Rafaeli tapdım. Matçdan əvvəl reklam bilgilərində döyülən idmançının adının Batuxan Akduman olduğunu görəndə əvvəlcə ad bənzərliyi olduğunu sandım. Samara şəhəri təşkilati üzrə təmsilçi vasitəsilə döyülən idmançının məşqçisi ilə əlaqə saxladım. Ondan idmançının pasportunu istədim. 8 saat sonra üzərində dəyişikliklər edilmiş pasportun üzünü göndərdilər. Pasportda U24TUR kodu vardı. Bu yanlış xəbərlə bağlı müraciət etdiyim Respublika Baş Prokurorluğunda bu kodun Türkmənistana aid olduğunu öyrəndim. Yəni mənim adımdan, karyeramdan istifadə edərək 20 yaşlı türkmənistanlı idmançını Rafael ilə döyüşdürüblər. Sonra Rafaellə əlaqə saxladım və etdiyinin tərbiyəsizlik olduğunu, adımdan istifadə etdiyini və 2 ay müddətində qarşıma çıxmayacağı halda onu dünyada biabır edəcəyimi söylədim.





O, 65 kq-da döyüşür, mənim 71 kq çəkim var. Mən həyatımda heş vaxt 70 kq-dan aşağı döyüşmədim. Mənim 3 dünya çempionluğum, 1 dünya ikinciliyim, 3 dünya üçüncülüyüm var. Bu, ölkəmdə tək cümlə xəbər olmadı, amma yemədiyim zərbəni xəbər etdilər. Bu, məni paramparça etdi. Rafael də təklifimə əvvəlcə kilo fərqi olduğu üçün razılaşmadı. Buna görə 67 kiloya düşəcəyimi və mənimlə döyüşəcəyini söylədim.


Ona “istəyirsənsə, mən Ermənistana gəlim” təklifini verdim. Əvvəlcə Rusiyanın Samara şəhərinin daha uyğun olacağını və 2 ay içində döyüşü qəbul etdiyini dedi. Mən də 20 nəfərlik komandamla Ermənistana gedəcəyimi, 15 dekabrda qarşımda olmasını və vizada problem çıxarmamaları üçün lazımi əlaqəni qurub həll etməsini dedim.



Mən beyin qanaması keçirən rəqibimi Antalyada öz maşınımla xəstəxanaya aparan, başında bir gecə gözləyən idmançıyam. Amma hər kəs bunu bilsin, ona ikinci raundu göstərməyəcəm. Onun boyu 1,70, mənimki 1,75 və matçlarını izlədim. Güləş əsilli olduğu bəllidir. Güclüdür, amma təpiyi də, yumruğu da sağlam deyil.



Bu video yayımlandıqdan sonra sosial mediada həyatımda eşitmədiyim söyüşləri eşitdim. Rafael həqiqətən də əxlaqsız davrandı. Anama zəng edib “başın sağ olsun” deyənlər belə oldu”.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.10.2019
Messi 6-cı dəfə "Qızıl buts"u qazandı
16.10.2019
Fransa əsgər salamının qarşını almaq istədi – Deşam centlmensayağı hərəkət etdi
16.10.2019
UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verib
14.10.2019
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO