Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Vitse-prezident: "Türkiyə təhdidlərlə hərəkət edən ölkə deyil"

19:31  |    08 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə təhdidlərlə hərəkət edən ölkə deyil.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin müavini Fuad Oktay Ankara Qazi Universitetində 2019-2020-ci tədris ilinin açılış mərasimindəki nitqi zamanı bildirib.

Ölkədə təhsilin inkişaf etdiyindən danışan F.Oqtay daxili müharibə ucbatından viran olmuş qonşu Suriyada da orta və ali təhsil üçün gördükləri tədbirlərdən bəhs edərkən təhlükəsizlik məsələlərinə də toxunub: “Fərat Qalxanı və Afrin təhlükəsizlik bölgələrinə 370 min qaçqın könüllü olaraq qayıdıb, indi növbə Fəratın şərqində təhlükəsizlik bölgəsi yaratmağa çatıb. Türkiyə həm cənub sərhədlərini təhdid edən terrorçu qruplarına həddini bildirəcək, həm də Türkiyədə qalan suriyalı qaçqınların vətənə qayıtmalarına şərait yaradacaq. Beynəlxalq birliyə ismarıcımız qətidir: Türkiyə təhdidlərlə hərəkət edəcək ölkə deyil. Söhbət Türkiyənin təhlükəsizliyindən düşərsə, prezidentimizin də daim vurğuladığı kimi Türkiyə öz yolunu özü müəyyənləşdirir, öz göbəyini özü kəsər. Türkiyə hiç bir şərtlərdə bir addımlığında terror dəhlizi, yaxud terror dövləti yaradılmasına yol verməz, əvəzi nə olursa olsun. Həm sərhədlərimizdə əmin-amanlığın bərqərar olması, həm də suriyalı qardaşlarımızın gələcəyi naminə Suriyanın ərazi bütövlüyü və siyasi birliyi uğrunda mövqeyimizi sonadək davam etdirmək əzmindəyik”.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp “Twitter”də Türkiyə hökumətinin Suriya ərazisində təhlükəsizlik bölgə yaratmaqla bağlı əməliyyat planına toxunarkən ABŞ hərbçilərinin belə bir əməliyyat nəticəsində zərər görəcəkləri təqdirdə Türkiyə iqtisadiyyatını “bütövlüklə darmadağın və yox etmək”lə hədə-qorxu gəlib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Resulayndakı terrorçuların mövqeləri belə vuruldu - VİDEO
15.10.2019
Gəl, Əsəd, gəl - Türkiyə Minbiçə gələn Əsəd qüvvələrinə Afrindən qaçışlarını xatırlatdı - VİDEO
15.10.2019
Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda faktlar (VİDEO)
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia