Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

İran Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə qarşı çıxıb

15:49  |    08 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


“İran ABŞ ordusunun Suriyada varlığını qeyri-qanuni hesab edir”.

APA-nın xəbərinə görə, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilib.

Bildirilib ki, ABŞ ordusunun Suriyadan geri çəkilməsi ilə bağlı qərar daha öncədən verilməli idi.

Bəyanatda qeyd olunub ki, İran Suriyada sülh və stabilliyin bərpasına ümid edərək, ABŞ-ın son qərarından sonra Türkiyə ordusunun Suriya ərazisinə daxil olması ilə bağlı xəbərləri diqqətlə izləyir: "Əminik ki, bu cür hərəkətlər nəinki Türkiyənin təhlükəsizliyinə töhfə verməyəcək, həm də maddi ziyana və can itkisinə səbəb olacaq. Bu baxımdan İran istənilən hərbi əməliyyatların əleyhinədir".

Bildirilib ki, Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən İran mövcud problemlərin sülh yolu ilə həll olunması üçün Suriya və Türkiyə rəsmiləri ilə danışıqlara hazırdır.

Qeyd edək ki, Ağ Ev Türkiyə Ordusunun Suriyada hərbi əməliyyatlara başlayacağını təsdiqləyib. Bundan sonra, ABŞ qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Resulayndakı terrorçuların mövqeləri belə vuruldu - VİDEO
15.10.2019
Gəl, Əsəd, gəl - Türkiyə Minbiçə gələn Əsəd qüvvələrinə Afrindən qaçışlarını xatırlatdı - VİDEO
15.10.2019
Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda faktlar (VİDEO)
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia