Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Əli Əsədov: "Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm"

13:07  |    08 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


“Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş Nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm".

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Əli Əsədov parlamentin plenar iclasında çıxışında bildirib.

Ə. Əsədov deyib ki, müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib: "Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyi əldə edərək inkişaf etdirib".

Ə.Əsədov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkə sürətli inkişaf yolu keçməkdədir: “Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümümi daxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara yüksəlib. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Prezidentin rəhbərliyi ilə “Azəri-Çıraqlı-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, “Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə, 2.4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub. Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğaldan azad edilməsidir. Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verilib: “Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi”. Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir. Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət nəticəsində əmək haqqı 2.4 dəfə, pensiya isə 3 dəfə yüksəlib. Ölkə rəhbərliyi Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrini, müharibə əlillərini, xüsusi qayğıya ehtiyacı olan şəxsləri, o cümlədən məcburi köçkünləri, ahılları, uşaqları daim diqqət mərkəzində saxlayır. Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmətlə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə
15.10.2019
Görkəmli etnoqraf alim Qəzənfər Rəcəbli vəfat edib
15.10.2019
Tərtərdə kombayn qaz xəttini qırıb
15.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15.10.2019
Baş qazi Ehtimat Əsədovun məzarı ziyarət olundu - Sabah ölümündən bir il ötür...