Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6718

Digər sorğular

Beynin fəaliyyətini və öyrənmə qabiliyyətini yaxşılaşdıran unikal bitki

09:21  |    08 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu bitkinin geniş müalicəvi xüsusiyyətləri bütün dünyada təsdiq olunub. Ginko biloba dünyanın ən qədim ağacı sayılır.

Bu bitkinin müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədim əlyazmalarda bitkinin təsviri və müalicəvi xüsusiyyətləri haqqında məlumatlar var.

Bu ağacın yarpaqları unukal kimyəvi tərkibə malikdir. Onların tərkibində 40-dan artıq bioloji aktiv maddələr var. Bu maddələrdən bəziləri yalnız bu ağacda tapılıb.

Elmə sübut olunub ki, ginko biloba beyin qan dövranını yaxşılaşdırır və beyin damarlarında trombların əmələ gəlməsinin qarşısını alır. Beyin qan dövranı yaxşıladıqda beyinin fəaliyyəti də yaxşılaşır.


Müxtəlif illərdə Amerikada, Avropada, Yaponiyada keçirilmiş geniş araşdırmalar göstərib ki, ginko biloba yaddaşı, diqqəti, təfəkkürü xeyli yaxşılaşdırır.

Sübut olunub ki, ginko biloba məktəbli uşaqlarda və tələbələrdə öyrənmə qabiliyyətini yaxşılaşdırır.


Əqli fəaliyyəti ilə məşğul olan, imtahanlara hazırlaşan, savad alan insanlar üçün bu bitki əsl tapıntıdır.

Bundan əlavə beynin fəaliyyətini, eşitməni və görməni yaxşılaşdıran, beynin qocalmasını ləngidən ginko biloba yaşlı insanlar üçün də çox faydalıdır.

Bu unikal xüsusiyyətlərə görə bitkinin əsasında hazırlanmış preparatlar müxtəlif məqsədlərlə, demək olar bütün dünyada həkimlər tərəfindən tez-tez təyin olunur. Ginko biloba əsasında yüzlərlə preparatlar buraxılır.

Unikal bitkinin digər faydalı xüsusiyyətləri arasında:

- miqren xəstəliyi zamanı çox effektlidir,

- klimaksın xoşagəlməz simptomlarını azaldır,

- insult və infarkt kimi ağır pozulmalarının profilaktikası üçün istifadə olunur,

- immun sisteminə müsbət təsir edir,

- xroniki yorğunluq, depressiya, streslə mübarizədə kömək edir,

- ödemləri azaldır,

- qocalmanı ləngidir,

- insanı daha enerjili edir,

- qanı duruldur, trombozun qarşısını alır,

- kosmetologiyada çox geniş istifadə olunur.

Saglamolun.Az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.02.2020
“Hamının maskadan istifadə etməsinə ehtiyac yoxdur” - TƏBİB rəsmisi
26.02.2020
Bu yeməkləri ikinci dəfə isidib YEMƏK OLMAZ – Qastroenteroloq- VİDEO
26.02.2020
Daha 7 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib - RƏSMİ
25.02.2020
DİQQƏT! Bu şəxslər koronavirusa yoluxmur?
25.02.2020
Baş epidemioloq: "Maska taxılsa da, virus keçəcək"