Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Laçın rayonundan olan müharibə veteranları İlham Əliyevə müraciət etdilər - FOTO

17:38  |    07 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər

Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

Müraciətdə deyilir: "Möhtərəm cənab Prezident! Biz - Laçın rayonundan olan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan qurtarılması istiqamətində apardığınız siyasəti, ölkə iqtisadiyyatını inkişaf etdirmək, xalqın sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirdiyiniz islahatları bəyənirik və dəstəkləyirik. Siz Azərbaycanın ərazi bütövlüyünün dinc vasitələrlə bərpa etmək üçün səy göstərməklə yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin daim artırılmasını da diqqətdə saxlayırsınız. Sizin qətiyyətli mövqeyiniz və dövlətimizin gündən-günə inkişafı biz həqiqi döyüşçüləri əmin edir ki, Dağlıq Qarabağ və ətraf 7 rayon tezliklə işğaldan azad ediləcək. Bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yol bizim yeganə yolumuzdur. Xalqımızın Sizə etimadı və güvəni sonsuzdur. Azərbaycanın inkişafını gözü götürməyənlərin, düşmən dəyirmanına su tökənlərin, Vətənini, millətini satan namərdlərin fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bundan sonra da belə olacaq. Bu gün müstəqil dövlətçiliyimizi təhdid etmək niyyətinə düşənlər Sizin başçılıq etdiyiniz hakimiyyətlə, iqtidarla xalqın arasındakı birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz! Öz Vətəninə, dövlətinə, Prezidentinə daim sadiq olan milyonlarla vətəndaşımız Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlükəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa qadirdir. Bizim bir yolumuz var: O da Sizin tərəfinizdən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yoludur”. Qeyd edək ki, müraciəti ümumilikdə 96 nəfər imzalayıb.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycan Rusiyaya nota verib
15.10.2019
Şirinyan: Türkiyənin başı qarışıb, Azərbaycana hücum edək - Video
15.10.2019
Bakıdan İrəvana aparılan mesaj - “İzolyasiya onda bitəcək...”
15.10.2019
Ermənistan silahlı bölmələri atəşkəs rejimini yenə də pozub
14.10.2019
Rusiyalı deputat: "Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir"