Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6517

Digər sorğular

Fədayə Laçın azadlığa çıxmağa hazırlaşır

14:46  |    07 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın cəza müddətinin 2 il azaldılmasını sevinclə qarşılayıb.

Bunu azvision.az-a açıqlamasında müğənninin vəkili Nurəngiz Qarayeva deyib. Onun sözlərinə görə, F.Laçın oktyabrın 30-da azadlığa çıxmağa hazırlaşır.

"Biz ötən həftənin 5-ci günü görüşdük. Fədayə xanım azadlığa çıxacağı üçün çox şad idi. Yəni, bir sözlə təəssüratları yaxşı idi".

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində saxlanılıb. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə ələ keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 30-da F.Laçının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib. Qərara əsasən, onun cəzası 2 ilə endirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.10.2019
Tanınmış döyüşçü-rəssamın iki əsəri “Nəsimi dünyası rənglərin işığında” adlı kitabda yer alıb
07.10.2019
Ofeliya Sənaninin səhhəti ilə bağlı - Son xəbər
05.10.2019
Ofelya Sənani infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
01.10.2019
Məşhur aktyor dünyasını dəyişdi
01.10.2019
Üç qardaşı Qarabağ qazisi olan Mənsum İbrahimovun ad günüdür – QAZİLƏRDƏN TƏBRİK