Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6517

Digər sorğular

Ofeliya Sənaninin səhhəti ilə bağlı - Son xəbər

11:30  |    07 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Ofeliya Sənaninin evə buraxılıb-buraxılmaması bugünkü müayinənin nəticəsindən asılıdır.

Bu sözləri Kult.az-a açıqlamasında Azərbaycanın xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. O, həmkarının həyatı üçün təhlükə olmadığını söyləyib:

“Dünən yanına getmişdim, çox şən və yaxşı görünürdü. Hazırda səhhəti yaxşıdır, kritik bir şey yoxdur, vəziyyəti stabildir. Qan təzyiqi tez-tez düşür. Ola bilsin ki, böyrəkləri ilə əlaqədar belə problemlər yaşanır. Ona görə də həkimlər böyrəklərinin müalicəsinə başlayacaq”.

S.Hüseynova xalq artistinin bu gün evə buraxılacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“5-i və 6-sı həftəsonuna düşdüyü üçün dərindən müayinəsi bu gündən başlayacaq. Ola bilsin ki, bir-iki günə evə buraxılacaq. Onun infarkt olması təsdiqlənmir. Hər şey bu gündən asılıdır”.

Ş.Hüseynova Ofeliya Sənaninin uzun illər müalicə aldığını deyib:

“Ofeliya xanımın qan təzyiqi həmişə yüksək olub, cavanlıqda böyrəkləri xəstə olub. Həyat yoldaşı Valid Sənani həmişə ona dəstək olub. Sovetlər Birliyində elə bir səhiyyə ocağı olmayıb ki, Ofeliya xanım orada müalicə almasın.

Ümumiyyətlə, Ofeliya Sənani çox optimist insandır. O, həmişə ağrılarını zarafata salıb. Onun xəstəliyini ancaq həkimlər bilib”.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Ofeliya Sənani bir neçə gün əvvəl infarkt keçirib. O, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.10.2019
Tanınmış döyüşçü-rəssamın iki əsəri “Nəsimi dünyası rənglərin işığında” adlı kitabda yer alıb
07.10.2019
Fədayə Laçın azadlığa çıxmağa hazırlaşır
05.10.2019
Ofelya Sənani infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
01.10.2019
Məşhur aktyor dünyasını dəyişdi
01.10.2019
Üç qardaşı Qarabağ qazisi olan Mənsum İbrahimovun ad günüdür – QAZİLƏRDƏN TƏBRİK