Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6879

Digər sorğular

Ofelya Sənani infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır

11:40  |    05 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

"Report" xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.05.2020
26 illik nazirin həzin sonu - VİDEO
19.05.2020
Xalq artisti ölüm xəbərini yayanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”
13.05.2020
Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO
11.05.2020
20 il əvvəl dünyasını dəyişmiş aktyoru efirə dəvət etdilər - Rüsvayçılıq
10.05.2020
“Den Pobedı” mahnısı Azərbaycan dilində ifa edildi