Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6517

Digər sorğular

"Bəzi şəxslərin cəmiyyətdə Rusiya qorxusunu yaratması..." - Qarabağ qazisindən ilginc açıqlama

19:27  |    04 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Qarabağ qazisi Firudin Məmmədov maraqlı çıxışla yadda qalıb.

Qazi öz çıxışında artıq Qarabağla bağlı həlledici döyüşlərin başlanmasına çox az zaman qaldığını və xalqın belə bir zamanda Ali Baş Komandan ətrafında sıx birləşməsi gərəkdiyini bildirib. F.Məmmədov həmçinin ölkədə qəsdən formalaşdırılan rusiya qorxusuna da sərt etiraz edib:

"Bizim artıq, nəyisə isbat etməyə ehtiyacımız yoxdur. BMT-nin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsilə bağlı 4 qətnaməsi var. Heç ermənilər də artıq bu işğalı inkar etmirlər. Mən çox istərdim ki, ötən günlərdə BMT kürsüsündə Azərbaycana qarşı işğal siyasətini açıqca ifadə edən Ermənistan Baş Naziri Nikol Paşinyanın fikir və iddialarına Xarici İşlər Nazirimiz Elmar Məmmədyarov sərt cavablar versin. Çox istərdim ki, cənab Məmmədyarov o kürsüdən bar-bar bağıraydı ki, əgər dünya liderləri məsələyə qarışmasa Qarabağda müharibə başlayacaq. Necə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürsüdən kükrəyirdi ki, əgər Türkiyə sərhədlərindəki terror problemi həll edilməsə Türk ordusu Suriyaya girəcək.

Biz Suriyaya girmirik. Başqa dövlətin torpaqlarına soxulmuruq. Öz torpaqlarımıza qayıdırıq. Bu gün bizim buna gücümüz var, buna imkanımız var. Bu gün bu gücdən istifadə etməyin vaxtı çatıb. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək bu problemin həllinə səy göstərməlidir.

Çox yüksək vəzifələrdən, tribunalardan bəzi şəxslərin cəmiyyətdə Rusiya qorxusunu yaratmasına mən qəti etiraz edirəm. Biz Qarabağda döyüşəndə orada rus divizyaları fəaliyyət göstərirdi və dəfələrlə bizimlə onlar arasında müxtəlif səpkidə problemlər yaşanırdı. Yəni, bizim xalqın istənilən vəziyyətdə, istənilən şəraitdə torpaqları uğrunda istənilən düşmənlə vuruşmaq imkanı, gücü, qüvvəti var. Allah bizə bu yolda yardımçı olsun, cəsarətimizi artırsın!".

ednews.net
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
15.10.2019
Tanınmışlar Əfqan Muxtarlının azadlığı üçün prezidentə müraciət etdilər
14.10.2019
Aprel qazisi ata oldu - FOTO
13.10.2019
"Mübariz İbrahimovu təhqir edən arvadım deyil" - Azər Axşam
13.10.2019
Aprel şəhidinin xanımı vəkilliyə başlayır