Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6593

Digər sorğular

"Həmin dronları Xankəndində ermənilərin təpələrinə endirmək lazımdır ki, bir də belə qələt eləməsinlər..."

11:41  |    04 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi Avropa Liqasının “Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində ermənilər tərəfindən stadionda dronla qondarma Dağlıq Qarabağın bayrağı qaldırılıb və Ağdam komandası buna etiraz edərək oyunu dayandırıb.

Daha sonra Lüksemburqun İdman naziri “Qarabağ”ın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib. Kobud səhv haqda stadionda da elan olunub və oyun davam etdirilib. "Qarabağ" oyunda 4:1 hesabıyla "Düdelanj"a qalib gəlib.

Millət vəkili Aqil Abbas Moderator.az-a açıqlamasında bildirdi ki, ermənilər həmişə idman arenalarına bu cür təxribatlara əl atırlar:

"Bu birinci hadisə deyil, idman yarışlarında dəfələrlə belə hadisələr olub. Əvvəl "Qarabağ"ın bir oyununda da Rəşad Sadıqov erməninin əlindən bayrağı alıb cırdı. Qaldı ki, təxribatın qarşısını almağın da yolları var. Həmin dronları Xankəndində, Ağdərədə ermənilərin təpələrinə endirmək lazımdır ki, bir də belə qələt eləməsinlər".

Millət vəkili Lüksemburqda təhlükəsizlik tədbirlərinin çox zəif təşkil olunduğunu və buna görə də belə bir hadisənin yaşandığını bildirib:

"Bütün ölkələrdə futbol oyunları zamanı təhlükəsizlik xidmətləri var. Doxsan dəqiqə həmin mühafizəçilərin üzü tamaşaçıya tərəf olur. Bir dəfə çevirilib arxaya baxmırlar, çünki onlara tapşırılır ki, təhlükəsizliyi maksimum təşkil etsinlər. Lüksemburqda isə demək olar ki, təhlükəsizlik çox zəif təşkil olunmuşdu. O dron yaxın məsafədən idarə olunan drondur. Canları çıxsın həmin ermənini axtarıb tapsınlar və bu da onların borcudur. O dronla ora bomba da ata bilərdilər və azarkeşlər də, futbolçular da ölə bilərdi. Böyük faciə yaşanardı".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.12.2019
Azərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edib
30.11.2019
Deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov milyonları ödəyə bilmir: 3 obyekti və bağçası satılacaq - TƏFƏRRÜAT
29.11.2019
Mənsimovdan sərt bəyanat: Satqın, murdar tülkü... - Video
23.11.2019
Oqtay Gülalıyevin səhhəti ilə bağlı yeni XƏBƏR
20.11.2019
Rəsulzadə və Nuru Paşanın rəsmləri olan avro çap olundu - FOTO